28.04.2017 (20:47:24)

  • Qeydiyyat
    • Saygac.Az saytı 2015-ci ildə yaradılmış və WAP/WEB saytların ziyarətçi sayını dəqiq ölçmək və ətrafli statistikanı sayt idarəçilərinə təqdim etmək məqsədi ilə xidmət göstərməkdədir.

    • Tərəflər
    • Xidmət göstərən: Saygac.Az saytı bundan sonra Saygac olaraq adlandırılacaq.

    • İstifadəçi: Saygac-a aid http://saygac.az web saytı üzərindən hesab (Account) yarataraq xidmətdən istifadə edən real şəxslərdir. Bundan sonra İstifadəçi olaraq adlandırılacaq.

    • İdarəçi: Saytın rəhbərliyi bundan sonra Administrasiya olaraq adlandırılacaq.

    • İstifadə qaydaları və Şərtlər
    • Aşağıdakı göstərilən qaydaların Saygac sistemində istifadəsi qətiliklə qadağandır. Saygac, aşağıda göstərilən fəaliyyətləri həyata keçirən saytları dayandırmaq, məhdudlaşdırma və ya tamamilə xitam haqqını özündə saxlayır.

    • İstifadəçi qeydiyyat keçərkən göstərilən məlumatları düzgün qeyd etməli və qaydaları oxuduqdan sonra Qaydalar-ı oxudum razıyam mətnini seçərək davam etməlidir.

    • Əgər saytın məzmunu seçilmiş kateqoriyaya və ya qeydiyyat vaxtı göstərilmiş təsvirinə uyğun deyilsə, Administrasiya resursun yerini saytın mövzusuna daha uyğun kateqoriyaya köçürdə və ya resursun təsvirini dəyişdirə bilər.

    • Resursun təsvirində qeyri-normativ leksikadan, təhqirlərdən istifadə etmək, həmçinin başqa internet-resurslara istinad edən, millətlərarası düşmənçiliyi qızışdıran, siyasətə toxunan, bir və ya bir qrup insanın dinini təhqir edən sözlər yazmaq, həmçinin böyük hərflərdən ehtiyac olmadığı halda artıq istifadə etmək qəti qadağandır.

    • Tərkibində pornoqrafik materiallar olan resurslar "Yetişkin (18+)" xüsusi kateqoriyaya əlavə olunmalıdır.

    • Tərkibində uşaq pornoqrafiyasının təbliği, siyasi çevrilişlərə səbəb ola biləcək məzmun (yazılar,video və s.) olan saytların qeydiyyatı qəti qadağandır.

    • Saytlar qeydiyyat olunduğu tarixdən 24 saat ərzində Saygac-a aid sayğac kodunu saytda yerləşdirilmədiyi halda həmin sayt avtomatik olaraq deaktiv ediləcək.

    • Resurslara aid sayğac kodunu qeydiyyat zamanı göstərilən ünvan xaricində kənar saytlarda quraşdırmaq qəti qadağandır.

    • Sayğac kodunda hər hansı bir dəyişiklik etmək, verilən kodda Saygac sisteminə keçidi ləğv etmək qəti qadağandır. Kod olduğu qaydada sayta quraşdırılmalıdır.

    • Sayğacın təsviri səhifələrə baxış vaxtı resursun ziyarətçisi tərəfindən görünən olmalıdır.

    • 7 gün ərzində heç bir ziyarətçiyə nümayiş olunmayan sayt sistemdən avtomatik silinəcək.

    • İstifadəçi Saygac sayğacın rəqəmlərinə və başqa dəyişənlərinə təsir etmək üçün heç bir proqram və ya üsullardan istifadə etməməlidir.

    • Bu üsullara, öz-özünə yenilənən səhifələr, proxy siyahısı ilə IP ünvan dəyişilməsi, kliker-növlü proqramların istifadəsi və s. daxildir.

    • Saygac-un öhdəlikləri
    • İstifadəçinin tələbi üzərinə Saygac.Az web saytı üzərindən qeydiyyat edilən saytlar qaydalara uyğundursa aktiv ediləcək.

    • Saygac davamlılıq zəmanəti (Uptime) "Fors-Major" səbəblərdən, internet onurğasını meydana gətirən firmalardan, server problemlərindən və ya texniki problemlər xaricində bir il ərzində 99.9% nisbətində işləyir və əlçatan olacağını öhdəliyinə götürür.

    • Administrasiya reytinqin işində müvəqqəti nasazlıqlar və fasilələrə görə məsuliyyət daşımır.