Kameralar xəttə baxır, Saygac AI sistemi hər kisəni, qutunu, yumurtanı və çörəyi sayır. Növbə bitəndə dəqiq say hesabatda görünür, hər rəqəmin videosu da saxlanılır. Sayımdakı səhvlər və oğurluq üzə çıxır.
30 saniyəlik video çəkib WhatsApp-a göndərin, sistemin sizdə necə saydığını göstərək.Avadanlığı dəyişmək lazım deyil: kamera mövcud xəttinizin üstündə quraşdırılır.
Kisələr, qutular (korobkalar), paketlər, butulkalar, konserv bankaları, yeşiklər, çörək, yumurta, su balonları, detallar və heyvanlar.
Lentdə gedən məhsulu sayır, xətti yavaşlatmaq lazım deyil.
İşçilərin əl ilə qablaşdırdığı, yığdığı və ya maşına yüklədiyi məhsulu da sayır.
Keçiddən keçən qoyun və mal-qara, soyuducu anbara girən yeşiklər, maşına yüklənən kisələr.
Sistem sayanda ekran belə görünür.
Nümunə
Nümunə
Nümunə
Nümunə
Nümunə
Nümunə
Nümunə
Nümunə Əl ilə sayım əvəzinə: dəqiq rəqəm, video və aydın hesabat.
Sistem yorulmur, diqqəti yayınmır, hər növbədə eyni cür sayır.
Oğurluq, uçota düşməyən məhsul və zay kimi silinən mal üzə çıxır.
Hər növbənin və hər xəttin nə qədər istehsal etdiyini, xəttin nə vaxt dayandığını görürsünüz.
Rəqəmləri və kamera görüntüsünü ofisdən və ya evdən izləyirsiniz, mübahisəli anı videoda tez tapırsınız.
Bütün xətlərin sayı, videosu və hesabatları bir yerdə.
Hər xəttin sayı və kamera görüntüsü real vaxtda qarşınızdadır. Harada nə baş verdiyini dərhal görür, tez qərar verirsiniz.
İstənilən anı vaxta görə dərhal tapır, bir saatlıq yazıya bir neçə dəqiqəyə baxırsınız.
Növbələr, xətlər və məhsullar üzrə hesabatlar avtomatik hazırlanır. Nə qədər istehsal olunduğu və itkinin harada yarandığı rəqəmlərlə görünür.
İstehsalı dayandırmaq lazım deyil.
Xəttinizə və ya onun videosuna baxırıq, kameranın yerini və bucağını seçirik.
Mövcud kameralarınızı sistemə qoşuruq, lazım olsa, yenilərini quraşdırırıq.
Sistemi məhsulunuza və xəttinizə uyğunlaşdırır, dəqiqliyi yoxlayırıq. Bundan sonra sayım 24/7 avtomatik gedir.
Sayım məlumatlarını ERP/1C və ya digər uçot sisteminizə avtomatik ötürürük.
İstəyə görəƏl ilə sayanda hər ay nə qədər pul itirdiyinizi və Saygac AI ilə nə qədər qənaət edə biləcəyinizi hesablayın.
Bu, daxil etdiyiniz rəqəmlərlə təxmini hesabdır. Sistemin qiyməti nəzərə alınmayıb.
Sualınızı tapmadınız? WhatsApp-a yazın.
Bəli. Sistem adi IP-kameralara, sizdə artıq quraşdırılmış videomüşahidə kameralarına da qoşulur. Çox vaxt yeni kamera almaq lazım gəlmir.
Adətən, yox. Kameranı və işığı xəttinizin şəraitinə uyğun seçirik. Çətin yerlərdə əvvəlcə videonuzda yoxlayırıq. Tozlu və ya nəm sexdə obyektivi hərdən silmək lazımdır.
Bəli. Sistemi müəssisənizdəki öz serverinizdə qura bilərik. Bu halda məlumat müəssisədən çıxmır, internet kəsiləndə də sayım davam edir.
Bəli. Sayım nəticələrini 1C, SAP və ya başqa uçot proqramınıza ötürürük.
Sadəcə bizə xəbər verin. Yeni məhsul növünü 1–2 gün ərzində uzaqdan sistemə əlavə edəcəyik.
Qiymət xətlərin və kameraların sayından, həmçinin lazım olan inteqrasiyalardan asılıdır. İstehsal xəttinizin videosunu WhatsApp-a göndərin, pulsuz yoxlayıb dəqiq təklif hazırlayaq.
Sensor şüanı kəsən hər şeyi sayır, ona görə bir-birinə yapışmış məhsullar, işçinin əli və ya zibil səhv yaradır. Sistem isə kamera görüntüsündə məhsulun özünü görür, onu kənar əşyalardan ayırır, bir neçə cərgəni eyni anda sayır və mübahisəli hallar üçün videoyazını saxlayır.
Bəli. Kamera yükləmə yerinin üstündə quraşdırılır, sistem hər kisəni və qutunu sayır. Növbələr üzrə yekunlar hesabatda, hər anın videosu arxivdə qalır. Qaimə ilə faktiki yükləmə arasındakı fərq dərhal görünür.
Xeyr. Süni intellekt Saygac AI sistemindədir, kameralar isə adi ola bilər. Çox vaxt artıq quraşdırılmış videomüşahidə kameraları kifayətdir.
WhatsApp-a yazın: qiyməti deyək, sistemi göstərək, layihəniz barədə danışaq.