Heyvan sayımı

Qoyun və mal-qaranın avtomatik sayılması

Sistem dar keçiddən keçən qoyunları və mal-qaranı kamera ilə sayır, yan-yana gedənləri də. Heyvanlar səhər örüşə çıxanda, axşam qayıdanda və ya maşına yüklənəndə baş sayı hesabatda görünür, mübahisəli an videoyazıda qalır.

Dar keçiddən keçən mal-qaranın kamera ilə sayılması — Saygac AI Nümunə

İtki harada yaranır

Gündəlik işdən nümunələr

Səhər örüşə, axşam geri

Məsələn, səhər örüşə 412 qoyun çıxıb, axşam isə 409-u qayıdıb. Üç qoyunun çatmadığından bir neçə gün sonra, növbəti sayımda yox, elə həmin axşam xəbər tutursunuz və onları dərhal axtarmağa başlaya bilərsiniz.

Yaylaq, qışlaq və çoban

Yazda sürünü çobana tapşırırsınız, sürü yaylağa qalxır, payızda isə qışlağa qayıdır. Tövlənin qapısında sürü gedəndə və qayıdanda sayılır: neçə baş getdiyi və neçəsinin qayıtdığı hesabatda görünür. Fərq olsa, çobanla danışanda əlinizdə hesabatdakı iki rəqəm olur.

Alqı-satqı

Qoyun çox vaxt baş hesabı ilə satılır, dana isə min manatdan baha ola bilər. Ona görə sayda bir baş səhv də böyük itkidir. Yükləmə yerinin üstündəki kamera maşına yüklənən və maşından düşən heyvanları sayır. Məsələn, kökəltməyə 40 dana almısınız, maşından isə 39-u düşüb. Bunu maşın getməmiş görürsünüz və satıcı ilə elə orada danışırsınız.

Qırxanda və peyvənd edəndə

Qoyun qırxanlara çox vaxt hər baş üçün pul verilir. Qırxılan qoyunlar keçiddən buraxılanda sistem onları sayır, pulu da hesabatdakı rəqəmlə verirsiniz. Peyvənddə də belədir: neçə heyvanın peyvənd olunduğu hesabatda görünür.

Ümumi örüş

Bir neçə sürü yan-yana otlayanda heyvanlar qarışır. Axşam qayıdan heyvan səhər çıxandan çoxdursa, sürünüzə başqasının heyvanları qoşulub, azdırsa, sizinkilər başqa sürü ilə gedib. Sistem hansı qoyunun sizin, hansının başqasının olduğunu bilmir, amma sayın düz gəlmədiyini göstərir. Sürülər hələ yaxında olanda məsələni həll edə bilərsiniz.

Gecə tövlədə

Gecə kimsə tövlənin qapısını açıb heyvan çıxarıbsa, səhər hesabatda qapıdan neçə baş və nə vaxt keçdiyi görünür, videoda isə nə baş verdiyi. Bunun üçün keçiddə işıq olmalıdır, bunu əvvəlcədən yoxlayırıq.

Sistem nə edir

Yan-yana gedənləri də sayır

Keçiddən bir neçə heyvan eyni anda keçəndə hər biri ayrıca sayılır. Sürünü bir-bir buraxmaq lazım deyil.

Hər keçid ayrıca

Hər tövlə və yükləmə yeri üçün ayrı-ayrı kameralar quraşdırılır, hər birinin sayı hesabatda ayrıca görünür.

Video sübut

Hər rəqəmin videosu var. Sayda fərq olanda həmin anı videoda tez tapırsınız.

Mövcud kameralarla

Çox vaxt fermadakı videomüşahidə kamerası kifayətdir, lazım olsa, keçidin üstündə yenisini quraşdırırıq.

Keçidin və ya tövlənin qapısının 30 saniyəlik videosunu WhatsApp-a göndərin, sistemin heyvanlarınızı necə saydığını göstərək.

Kamera harada quraşdırılır

Bilmək vacibdir

Suallar və cavablar

Sürü tez keçəndə sistem səhv etmirmi?

Heyvanlar keçiddən bir-birinin ardınca keçəndə sistem onları sayır. Dəqiqliyi məhz sizin keçidinizin videosunda yoxlayıb göstəririk. 30 saniyəlik video kifayətdir.

Sistem hansı heyvanın çatmadığını göstərirmi?

Xeyr. Sistem heyvanları sayır, amma onları bir-birindən ayırd etmir. Bunun əvəzinə sayın düz gəlmədiyini elə həmin gün görürsünüz, sürünün keçdiyi anı isə videoda yoxlayırsınız.

Hansı kamera lazımdır?

Çox vaxt adi IP-kamera kifayətdir. Kameranın yerini və bucağını keçidinizin videosuna baxıb seçirik, lazım olsa, yeni kamera quraşdırırıq.

Keçi və başqa heyvanları da saymaq olarmı?

Videonuzu göndərin, sistemin heyvanlarınızı necə saydığını yoxlayıb göstərək. Hər təsərrüfatın keçidi və heyvanları fərqlidir, ona görə əvvəlcə real video ilə yoxlayırıq.

Pulsuz necə sınaya bilərəm?

Keçidin və ya tövlənin qapısının 30 saniyəlik videosunu WhatsApp-a göndərin, sistemin heyvanlarınızı necə saydığını göstərək.

Digər sahələr